Necə daxil olmaq
foto · mərtəbə · kod · internetsiz
Mobil tətbiqAzərbaycanın bütün şarj stansiyaları bir yerdə
Bütün operatorlar bir xəritədə. Pulsuz, reklamsız.
foto · mərtəbə · kod · internetsiz
indi · gecə tarifi
pulsuz, yoxsa ödənişli
20→80%, sizin batareyaya görə
öz stansiyan bir baxışda
nöqtə · konnektor · 3 foto
OneCharge Azərbaycanda bütün elektrik şarj stansiyalarını bir xəritədə göstərən tətbiqdir. Avtomobilinizi seçirsiniz, uyğun stansiyalar görünür, qiyməti, parkinqi və girişi əvvəlcədən bilirsiniz, marşrutu isə bir toxunuşla Waze, Google Maps, Yandex və ya Apple Maps-da açırsınız. Məqsəd stansiyanı 10 saniyəyə tapmaqdır.
Bəli, tətbiq tamamilə pulsuzdur və reklamsızdır. Şarjın haqqını stansiyanın operatoruna ödəyirsiniz, OneCharge-a yox.
Xeyr, qeydiyyatsız istifadə edə bilərsiniz. İstəsəniz SMS ilə giriş (+994 nömrəsi) edə bilərsiniz. Bu, telefonu dəyişəndə seçilmişlərin və məlumatların itməməsi üçündür.
Tətbiqdə avtomobilinizin markasını və modelini seçirsiniz (məsələn, Zeekr 001, Tesla Model Y, BYD Song, VW ID.4). OneCharge həmin avtomobilin konnektoruna uyğun stansiyaları göstərir. Dəstəklənən konnektor tipləri: GB/T DC, GB/T AC, CCS2, Type 2, CHAdeMO və NACS.
Xəritədə stansiya rənglə göstərilir: boş, məşğul və ya işləmir.
Bəli. Hər stansiyanın kartında 1 kVt·s qiyməti və gecə tarifi göstərilir, stansiyanın pulsuz olub-olmadığı da qeyd olunur. Beləliklə, getməzdən əvvəl xərci bilirsiniz.
Stansiya kartında giriş məlumatı var: foto, mərtəbə, şlaqbaum kodu və parkinqin pulsuz və ya ödənişli olması. Bu məlumat internetsiz də əlçatandır. Məsələn, «P −2, şlaqbaum kodu» kimi göstərilir.
Tətbiq seçdiyiniz avtomobilin batareyasına görə 20%-dən 80%-ə qədər təxmini vaxtı və dəyəri əvvəlcədən göstərir. Məsələn, 24,6 kVt·s şarj 28 qəpik/kVt·s qiymətlə 6,89 ₼ edir. Real nəticə avtomobildən və stansiyadan asılıdır.
Hələ yox, bu funksiya tezliklə gələcək. Qoşulmuş operatorların stansiyalarında «Şarj et» düyməsi, bir kartla ödəniş, real vaxtda kVt·s və məbləğ, şarj tarixçəsi və bildirişlər olacaq.
Tətbiqdə «Stansiya təklif et» funksiyası var: nöqtəni, konnektoru və 3 foto göndərirsiniz. Problem və ya sualınız üçün saytın əlaqə formunda «Problem» və ya «Təklif» mövzusunu seçib yaza bilərsiniz.
Sual, təklif və ya əməkdaşlıq — yazın, cavab verək.
Telefonun kamerası ilə skan edin